20 Noyabr 2026, Cümə
Böyük futbol Xankəndiyə qayıtdı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi

Ölkə futbolu

Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə Qəbələ şəhər stadionunda keçirilən yoldaşlıq oyunundan (0:1) sonra komandanın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis futbolçularının istəkli olduğunu deyib:

"Çox səy göstərdilər. Amma göründü ki, daha çox inkişaf etməli, daha keyfiyyətli oynamalıyıq. Təbii ki, yağışlı havada çıxış etmək o qədər də rahat deyil. Ancaq hər iki komanda üçün vəziyyət eyni idi. Futbolçuların oynama əzmi və mübarizəsi xoşuma gəldi. Performansımızı artırmağa, gündən-günə daha yaxşı olmağa çalışacağıq”.

Baş məşqçi fasilədən sonra birdən-birə 9 əvəzetməyə əl atmasına da aydınlıq gətirib: “Bütün futbolçuları meydanda görmək istəyirdik. Buna görə də, ikinci hissəyə 9 əvəzetmə ilə başladıq. Oyunçuların bir-birlərini necə başa düşdüklərini, nədə çətinlik çəkdiklərini bilmək üçün onlara şans vermək lazımdır”.

Rui Jorje millinin oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşünə hazır olacağını deyib: “Vüsal Paşayev istisna olmaqla digər futbolçuların hər biri 45 dəqiqə meydanda oldu. Bu səbəbdən Yaponiya ilə matça yorğun çıxacağımızı düşünmürəm. Üstəlik, nəzərə alaq ki, dünya çempionatında da matçlar üç gündən bir olur. Bunlara hazır olmalıyıq”.

Qeyd edək ki,  Azərbaycan - Yaponiya qarşılaşması oktyabrın 6-da Qəbələ şəhər stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30