5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi

FİFA prezidenti Canni İnfantino Monqolustana səfər edib.

Futbolxeber.az saytının məlumatına görə, səfərdə İnfantinonu FİFA-ya Üzv Assosiasiyaların direktoru vəzifəsini tutan Elxan Məmmədov müşayiət edib.

Səfər çərçivəsində Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux FİFA rəsmilərini qəbul edib.

Xurelsux Monqolustanın FIFA-ya üzvlüyündən etibarən təşkilatın ölkədə futbolun inkişafını dəstəklədiyini bildirib. O, FİFA-nın Monqolustanla fəal əməkdaşlıq etdiyini qeyd edib. Ölkə prezidenti həmçinin 2015-ci ildən futbolun inkişafına yönəlmiş bir neçə layihənin həyata keçirilməsinə görə FİFA-ya minnətdarlığını bildirib.

Görüş zamanı tərəflər əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı, o cümlədən gələn ildən başlayaraq Monqolustan Prezidenti Kuboku turnirinin birgə təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

FIFA prezidenti Canni İnfantino Monqolustan milli komandasının təlim mərkəzini ziyarət edib və Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Kubokunda iştirak edəcək komanda üzvlərinə uğurlar arzulayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31