Ölkə futbolu
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
Dünən milli komandamız UEFA Millətlər Liqasının D Liqasında səfərdə Litva ilə heç-heçə etdi. Nəticəsi (1:1) ürəkaçan olmayan matçın ən gözəl mənzərəsi Mahir Emrelinin fərqləndikdən sonra əsgər salamı verməsi idi. Tək Mahir deyil, digər yığma üzvlərinin da ona qoşulmasını görmək çox xoş oldu. Necə deyərlər, hər bir azərbaycanlının qürur duyduğu anlar idi. Emreli matçdan sonra da bildirdi ki, məhz 27 sentyabr tarixində - Anım Günündə qol vurması onun üçün sevindirici haldır. Təcrübəli forvard hər zaman patriotluğu ilə seçildiyini də əlavə etdi.
Bu fotonun timsalında başqa bir məqama diqqət çəkmək istərdik. Çoxları unutsa da, faktı dəyişmək olmaz – Emreli artıq tarixin yaddaşına qovuşan “Bakı” Futbol Akademiyasının yetirməsidir. Mahirin bu gün təkcə futbolçu deyil, həm də vətənpərvər şəxsiyyət kimi formalaşmasında “Bakı” klubunun böyük rolu olub.
Vaxtı ilə “Bakı”da görülən işlər bu gün İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasında, “Dinamo”da da davam etdirilir. Özü də söhbət təkcə futbolçu yox, həm də şəxsiyyət yetişdirməkdən gedir. Bunun bariz nümunəsi Manafov Qiyas Ramil oğludur.
Tanımayanlar üçün bildirək ki, İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının yetirməsi olan Qiyas 2004-cü il iyul ayının 18-də Bakı şəhərində dünyaya gəlib. Manafov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. II Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərib. Məhz buna görə də Silahlı Qüvvələrin hərbi qulluqçusu Qiyas Manafov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qiyas Manafov kimi, “Dinamo”nun digər yetirməsi, bu gün də komandanın formasını geyinən Yadigar Qarayev də 2023-cü ildə lokal antiterror tədbirlərinin iştirakçısı olub. Özü də Qiyasla birgə. Hətta Yadigar bu gün vurduğu qolları Qiyasa həsr edir...
Göründüyü kimi, maddi imkanı zəif olsa da, İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası da, “Dinamo” da bu gün ən vacib missiyasından əl çəkmir. Komanda təkcə futbolçu yox, həm də şəxsiyyət yetişdirir. Yeniyetmə və gənclərə vətənpərvərlik hisslərinin aşılanması Qiyas kimi qəhrəmanların formalaşması ilə nəticələnir. Bu məqamda Yaşar Seyidovun adını çəkməmək olmaz. Özü bu haqda danışmağı sevməsə də, bilirik ki, istər vaxtı ilə “Bakı” futbol klubunun akademiyasında, istərsə də bu gün “Dinamo”da Mahirlərin, Qiyasların yetişməsində onun rolu əvəzsizdir. Seyidovun vətənpərvərliyi təkcə söz yox, həm də əməldədir. Əks halda yeganə oğlu Valehi müharibəyə göndərməzdi. Bu gün “Dinamo”nun kapitanı olan, vaxtı ilə aşağı yaş qrupları üzrə milli komandalarımızda forma geyən Valeh Seyidov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, bu gün “Dinamo” təkcə futbolçu deyil, həm də Azərbaycana layiqli şəxsiyyətlər yetişdirir. Özü də çox cüzi imkanlarla. Komanda dövlət tərəfindən II Liqa klublarına ayrılan aylıq 5800 manatla ayaqda durmağa çalışır. Dəfələrlə klub tərəfindən AFFA-ya müraciət olunub. Klubun akademiyasını, aşağı yaş qrupları üzrə komandaları, eləcə də “Dinamo”nun əsas kollektivini aylıq 5800 manatla ayaqda saxlamağın çətinliyi vurğulanıb. Gəl ki, hər yerə pul ayıran, təxminən 60 milyon manat illik büdcəsi olan assosiasiya “Dinamo”ya yardım etməyə vəsait tapmır. Qəribədir, niyə? Axı AFFA-nın baş katibi Cahangir Fərəcullayev demək olar ki, hər açıqlamasında inkişaf strategiyasından, futbolçu yetişdirməkdən danışır. Bunun üçün “Dinamo”dan yaxşı variant? Yaşar Seyidov və komandası sizin üçün həm futbolçu yetişdirir, həm də şəxsiyyət. Lakin siz bu kluba yardım etməyə vəsait tapmırsınız? Necə olur ki, “Qəbələ” akademiyası bağlanır, “Dinamo”ya pul tapılmır, bəs Azərbaycan futboluna hər il ayrılan onmilyonlar hara gedir? Tamam, “Qəbələ” akademiyasının xərci çoxdur, 1 milyon manat sizə böyük rəqəm kimi görünür. Bəs “Dinamo”? Axı bu komandanın ayaqda qalması üçün nəinki bir milyon, sizdən heç 100 min manat da istənilmir... Pulu bir qırağa qoyaq, görəsən, bu günə qədər AFFA “Dinamo”ya heç olmasa 100 top hədiyyə edib? Çətin...
Olmur, Cahangir bəy, olmur. Dildə inkişaf strategiyasından danışmaqla, Anım Günündə foto paylaşmaqla nə vətənpərvərlik olur, nə də futbolun inkişafı. Futbolun inkişafı akademiyalardan başlayır. Siz bu gün Mahirləri, Rəhmanları, Hacıları, Vüqarları, Qiyasları, Valehləri yetişdirənləri, İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasını, “Dinamo”nu görməzdən gəlirsinizsə, bu komandaya ayırmağa cüzi vəsait tapa bilmirsinizsə, Azərbaycan futbolu inkişaf etməyəcək! Bizim milli səviyyəsində yerimiz elə həmişə Avropa futbolunun dibi olacaq. Maksimum da Litva üzərində səfərdə qazandığımız heç-heçəyə sevinəcəyik...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























