4 Oktyabr 2026, Bazar günü
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyi ilə əlaqədar “Neftçi” və “Jalgiris-Vilnüs” komandalarının veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, əlamətdar günə səbəb olan arenada baş tutan görüş veterenlarımızın 10:9 hesablı qələbəsi ilə nəticələnib.

“Neftçi”nin qollarından 4-nü Vəli Qasımov, 2-sini Mahmud Qurbanov vurub. Kənan Kərimov, Alim Qurbanov, Emin Quliyev və Adil Şükürov isə hərəyə bir dəfə fərqləniblər.

Qol müəlliflərindən başqa, “ağ-qaralar”ın heyətində Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Hüseyn Məhəmmədov, Ədəhim Niftəliyev, Əli Abışov, Xəyal Mustafayev kimi veteran futbolçular meydana çıxıblar.

Qeyd edək ki, Respublika stadionunda ilk oyun 1951-ci il sentyabrın 16-da məhz bu komandalar arasında baş tutub. “Neftçi” o vaxt “Spartak” adlanan klubu 4:0 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31