13 Noyabr 2026, Cümə
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu

Ölkə futbolu

"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Qarabağ Dirçəliş Fondu ilə "Turan Tovuz" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb.

Sənədə əsasən, oktyabrın 3-də Bakıda Tovuz təmsilçisi ilə Türkiyənin "Fənərbaxça" klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Rəhman Hacıyev Qarabağın dirçəlişi naminə atılan bu nəcib addımı yüksək qiymətləndirib və təşəbbüsə görə "Turan Tovuz" rəhbərliyinə təşəkkürünü bildirib.

R.Hacıyev qeyd edib ki, idman yalnız rəqabət və mübarizə meydanı deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini ümumi məqsədlər ətrafında birləşdirən mühüm platformadır. Onun sözlərinə görə, "Turan Tovuz" və "Fənərbaxça" kimi iki köklü klubun qarşılaşmasından əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi idmanın birləşdirici və xeyirxah gücünü bir daha nümayiş etdirir.

Ehtiram Quliyev isə bildirib ki, belə bir oyunun keçirilməsi azarkeşlər üçün maraqlı futbol hadisəsi olmaqla yanaşı, xeyirxah məqsədə xidmət etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qarşılaşmadan əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi həm klublara, həm də azarkeşlərə Qarabağın dirçəlişinə dəstək vermək imkanı yaradır.

Qeyd edək ki, "Turan Tovuz" və "Fənərbaxça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər. Həmin il ilk dəfə avqustun 9-da İstanbulda "Şükrü Saracoğlu" stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda üz-üzə gəliblər.

Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbaxça" oyunu saat 20:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30