Digər idman növləri
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
Masallıda yunan-Roma və sərbəst güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib.
Futbolxeber.az saytına bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.
Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan yarışda yunan-Roma güləşi üzrə 10, sərbəst güləş üzrə isə 5 çəkidə qaliblər müəyyənləşib.
Turnirin açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məşkur Qasımov, "Şöhrət" ordenli əməkdar məşqçi Yaqub Məmmədov çıxış ediblər.
Tədbirdə belə yarışların təşkilinin güləşin inkişafına böyük təkan verdiyi bildirilib. Həmçinin vurğulanıb ki, Masallı pəhləvanlarının tanınmış simaları Nadir Ağayev və Yaqub Məmmədovun yetirmələri bu gün ölkəni beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edir, zəngin ənənələri davam etdirirlər.
U-17 yaş qrupu üzrə keçirilən ənənəvi yarışda 26 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Yunan-Roma güləşində Məhəmməd Musalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı (51 kq), Musa Məmmədov (55 kq), İlkin Qurbanov (60 kq), Eldəniz Allahverdiyev (65 kq), Rəfail Əhədli (71 kq), Zəka Yusubov (80 kq), Ruslan Nuriyev (92 kq) və Məhəmməd Orucov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sərbəst güləşdə isə Əli Baloğlanov (51 kq), Ruslan Mirzəyev (60 kq), Ruhid İspərov (65 kq), Siyasət Dadaşov (71 kq) və Tural Eynullayev (110 kq) çempion olublar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:53
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram" VİDEO
-
20:26
Xankəndidə futbol bayramı FOTOLENT
-
20:14
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir” VİDEO
-
19:49
Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm” VİDEO
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
-
18:32
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
17:58
Böyük futbol Xankəndiyə qayıtdı
-
17:16
Futzal liqalarının püşkü atılıb
-
16:41
Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib
-
16:23
"Neftçi"də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar təşkil edilib
-
16:05
Millimizin heyəti açıqlandı
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
19.11.2026
18.11.2026
17.11.2026
























