4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”

"Zirə” yoxlama oyununda “Qarabağ”a 1:3 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. O, çempionatda fasilənin uzun alındığını söyləyib:

“Biz belə uzun fasiləyə öyrəşməmişik. Milli komandalara çağırılan futbolçularımızı və zədələri nəzərə alaraq bir yoxlama oyunu keçirməyə qərar verdik. Hər iki komanda istəkli oynadı. Əsas məqsəd “Şamaxı” ilə oyuna yaxşı hazırlaşmaq idi. Ümid edirəm ki, yaxşı çıxış edib, bizə lazım olan nəticəni qazanacağıq. Qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz var. Amma bu gün nəticə önəmli deyildi. İki hissəni 40 dəqiqə oynadıq və matçın 55-60 dəqiqəsi məni qane etdi. Daha sonra futbolçularda yorğunluq hiss etdim”.

Mütəxəssis komandasının səkkiz aparıcı futbolçusunun meydanda olmadığını vurğulayıb:

“Bu baxımdan ciddi problemlər yaşayırıq. Təəssüf ki, bəzi oyunçularımız yalnız 2-3 aydan sonra komandaya qayıdacaqlar. Bir neçə gün əvvəl məşq zamanı zədələnən Bayere Lounu da itirdik. O, iki ay meydana çıxa bilməyəcək. Hücum xəttində xüsusi problemlərimiz var".

R.Sadıqov Azərbaycan millisinin Lixtenşteynlə heç-heçədən sonra ciddi tənqid olunmasına da münasinət bildirib:

“Mən uzun illər milli komandada oynamışam. Qələbə olmayanda komanda tənqid edilir. Qol vurmaq üçün çoxlu imkanlar var idi. Bu imkanlardan istifadə edə bilməyəndə futbolçularda stress yaranır. Litva ilə oyun çox vacib olacaq. İnanıram ki, milli komanda qalan iki oyunda qələbə qazanacaq və qrupda birinci yeri tutacaq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31