4 Oktyabr 2026, Bazar günü
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”

“Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur. 60 kiloqramda Azərbaycandan heç kim dünya çempionu olmamışdı. Çox xoşbəxtəm ki, birinci mən oldum”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifov deyib.

27 yaşında dünya çempionu olan cüdoçu final görüşünün gözlədiyi kimi başlamadığını bildirib: “Amma sonradan özümü toparladım. Öz fəndimi tətbiq etdim və dünya çempionu oldum”.

O, bu gün səhərdən dünya çempionu olacağına inandığını qeyd edib: “Səhər düşünürdüm, amma medalı verməyi də, çempionluğu da fikirləşirdim. Lkin getdikcə gördüm ki, bu gün özümü çox yaxşı hiss edirəm. Gün məndən yana idi. Mən də bunu dəyərləndirdim və dünya çempionu oldum”.

İdmançı 2024-cü ildə Qran-Pri turnirinin finalında məğlub olduğu rəqibi bu dəfə məğlub etdiyini vurğulayıb.

Cüdoçu çempion olacağına nə vaxt inandığını da açıqlayıb: “Kəmərdən tutub üstünə əlimi atanda artıq hiss etdim ki, çempion ola bilərəm və ondan sonra da qalib oldum”.

Dünya çempionu növbəti hədəfinin Olimpiya çempionluğu olduğunu bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31