13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Xarici futbol

Cilardinonun yeni iş yeri müəyyənləşdi

İtaliyanın “Parma” klubu baş məşqçi vəzifəsinə Alberto Cilardinonu təyin etməyə hazırlaşır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə insayder Canluka Di Martsio paylaşım edib.

Onun sözlərinə görə, 44 yaşlı mütəxəssis hazırda “Piza” ilə müqaviləsinə xitam verilməsi prosedurunu tamamlayır. Tərəflər artıq razılığa gəliblər.

“Parma” bundan əvvəl baş məşqçi Karlos Kuesta Qarsiya ilə yollarını ayırıb. Komanda onun rəhbərliyi altında A Seriyasının ilk 5 turunda 4 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Alberto Cilardino futbolçu kimi 2002-2005-ci illərdə “Parma”nın formasını geyinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31