5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır

Bakıda keçirilən dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu bu gün mübarizəyə başlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kq), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) tatamiyə çıxacaqlar.

G.Məmmədəliyevanın ilk rəqibi 1/16 finalda İsrail təmsilçisi Gefen Primo olacaq.

T.Bayramov 1/32 finalda Finlandiyadan olan Lukas Saha, Nizami İmranov isə Gürcüstan cüdoçusu Vaja Marqvelaşvili ilə qarşılaşacaq. R.Paşayev 1/16 finalda Serdar Rahimov (Türkmənistan) - Adrian Nieto Çinarro (İspaniya) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq. Dünya çempionatının rəsmi açılış mərasimi saat 16:30-da, final bloku isə 18:00-da keçiriləcək.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31