5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisinin daha 3 idmançısı mərhələ adlayıb.

Alsu Yafarova (54 kq) 1/8 finalda Hanna Belyankova (Belarus) ilə döyüşüb. Boksçumuz ilk raundda rəqibinə tam üstünlüklə qalib gəlib. O, oktyabrın 7-də növbəti qarşılaşmasında Oleksandra Çerevata (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Cəmilə Muradlı (57 kq) da adını 1/4 finala yazdırıb. Təmsilçimiz startda Sara Persanı (Rumıniya) məğlub edib - 5:0 (30:24, 30:24, 30:25, 30:26, 30:27). Muradlı oktyabrın 8-də ikinci görüşündə Rozali Uhrova (Çexiya) ilə qüvvəsini sınayacaq.

Şükar Əliyev (80 kq) isə 1/16 finalda İqor Tomiçekə (Polşa) gücünü göstərib. 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan milli üzvü mərhələ adlayıb. O, oktyabrın 5-də 1/8 finalda ilk mərhələdən azad olan Lazare Dokvadze (Gürcüstan) ilə döyüşəcək.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun qatıldığı çempionat oktyabrın 11-də yekunlaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31