13 Noyabr 2026, Cümə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq

Qadın voleybolçulardan ibarət "Turan" klubunun CEV Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununun biletləri azarkeşlərə pulsuz paylanacaq.

Futbolxeber.az saytına bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın "Mladost-Zaqreb" komandası ilə baş tutacaq görüşün biletləri azarkeşlərə pulsuz veriləcək. Voleybol həvəskarları oktyabrın 10-dan etibarən onları adıçəkilən idman qurğusundan ödənişsiz əldə edə biləcəklər.

Qarşılaşma üçün ümumilikdə 1500 bilet nəzərdə tutulub.

Tovuzda keçiriləcək idman bayramına marağın böyük olacağını nəzərə alan klub rəhbərliyi arenaya sığmayan azarkeşlərin də oyunu canlı izləməsi üçün kompleksin həyətində böyük monitor quraşdıracaq.

Bununla yanaşı, görüş başlamazdan əvvəl azarkeşlər üçün geniş konsert proqramı təşkil olunacaq. Tədbirlə bağlı əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30