5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

DÇ: Cüdoçularımız günü medalsız başa vurdular

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, dünya çempionatının ikinci günündə Azərbaycanı dörd cüdoçu təmsil edib. Onların çıxışı uğursuz alınıb və cüdoçularımız günü medalsız başa vurublar.

52 kq-da Gültac Məmmədəliyeva ilk görüşündə İsrail təmsilçisi Gefen Primoya qalib gələrək 1/8 finala yüksəlib. Burada isə Avstraliya təmsilçisi Tinka İstana qalib gəlib. 1/4 finalda Gültac Məmmədəliyeva İtaliya təmsilçisi Odette Giuffridaya məğlub olub.

Daha sonra o, təsəlliverici görüşdə monqolustanlı Uranzaia Bayanmunxa da uduzub.

66 kq-da Ruslan Paşayev ilk görüşündə Türkmənistan təmsilçisi Sərdar Rəhimova qalib gələrək 1/8 finala yüksəlib. Lakin 1/8 finalda İtaliya təmsilçisi Valerio Aççoqliyə məğlub olaraq mübarizəni dayandırıb.

Nizami İmranov isə ilk görüşündə Gürcüstan təmsilçisi Važa Margelaşviliyə qalib gələrək 1/16 finala yüksəlib. Burada Rusiya təmsilçisi Ramazan Abdullayevə uduzaraq mübarizəni başa vurub.

Turan Bayramov startda Finlandiya təmsilçisi Saşa Luukasa məğlub olub və turnirdə çıxışını başa çatdırıb.

Qeyd edək ki, hazırda komandamızın aktivində bir medal var. Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31