13 Noyabr 2026, Cümə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

Boksçularımızın Çindəki qazancı - 10 medal

Azərbaycan boksçuları Çində keçirilən böyüklər və gənclər (U-19) arasında beynəlxalq "Kəmər və Yol" turnirində 10 (2-3-5) medal qazanıblar.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Dünya çempionatına hazırlaşan U-19 yığmasının heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar.

Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.

Əsas komandamızın heyətində isə Tural Sarıyevlə (55 kq) Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, boksçularımız Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30