20 Noyabr 2026, Cümə
Böyük futbol Xankəndiyə qayıtdı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi

Digər idman növləri

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib

Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb.

Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən Prezident İlham Əliyev deyib:

- Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram. Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan.

Əhməd Yusifov: Çox sağ olun. Minnətdaram.

xxx

Cüdo üzrə dünya çempionatının açılış mərasimi Azərbaycanda idmanın inkişafı ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaqdan böyük şərəf hissi duyduğunu deyib, respublikamızda idmana, o cümlədən cüdonun inkişafına göstərilən diqqətdən danışıb, Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi daimi dəstəyi qeyd edib.

“İdmançıları təşəbbüslərin, enerjinin, yeni texnologiyaların və davamlı inkişafın, həmçinin idman, mədəniyyət və ənənələr diyarı olan Azərbaycanda salamlayıram”, - deyən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer bütün idman növlərinə və tədbirlərinə, o cümlədən bu dünya çempionatına göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik edib.

Tədbir bədii hissə ilə davam edib.

Sonra Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, oktyabrın 4-də start götürən cüdo üzrə dünya çempionatına ayın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30