5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"

"Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra paytaxt Bakının mərkəzindəki yolların mümkün qədər tez bərpa olunması prosesi davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev deyib.

O, şəhər mərkəzində nəqliyyatın hərəkətinin təşkili barədə danışıb:

"Formula 1" şəhərin mərkəzində keçirildiyi üçün nəqliyyatın rahat hərəkətinin təmin olunması bizim üçün əsas məsələlərdən biridir. Məqsədimiz müvəqqəti məhdudiyyətlərin şəhərdə gündəlik hərəkətə təsirini minimuma endirməkdir. Buna görə əsas istiqamətlər üzrə tranzit dəhlizləri açıq saxlanılır. Yarışdan sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq. Bu il artıq yarışın ertəsi günü saat 12:30-a qədər şəhər mərkəzindəki yol məhdudiyyətlərinin əsas hissəsi aradan qaldırılmışdı".

Qeyd edək ki, Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassel olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31