13 Noyabr 2026, Cümə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

İtaliyanın Jesolo şəhərində yeniyetmə və gənclər arasında WAKO dünya çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandası çempionatı 10 qızıl, 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 16 medalla başa vurub.

Komanda ümumi medal sayına görə 11-ci, rinq yarışlarında əldə olunan medalların sayına görə isə 3-cü yeri tutub.

Gənclər arasında Əli Mayılzadə (57 kiloqram, “Low Kick”), Adil Əsədov (54 kiloqram, “K1”) və Gülgəz İbrahimli (48 kiloqram, “Low Kick”) dünya çempionu olublar.

Yeniyetmələr arasında isə Hüseyn Mahmudzadə (42 kiloqram, “Low Kick”), Seymur Quliyev (45 kiloqram, “Low Kick”), Hüseyn Əmirli (45 kiloqram, “K1”), Nizami Əliyev (48 kiloqram, “Full Contact”), Ayxan Allahyarlı (54 kiloqram, “K1”), Cəmil Məmmədov (42 kiloqram, “K1”) və Eldar Rzayev (75 kiloqram, “Low Kick”) qızıl medal qazanıblar.

Rinq hakimləri Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov, həmçinin çempionatın “Ən yaxşı rinq hakimi” mükafatına layiq görülüb.

Yarışda ümumilikdə 79 ölkədən idmançılar mübarizə aparıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30