4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 40 ölkədən 473 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb və hər biri qələbə qazanıb.

Əli Abaslı (60 kq) 1/16 finalda Abdurahim Sounu (Belçika) sınağa çəkib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Zeki Uğurla (Türkiyə) üz-üzə gələcək.

Yusif Həsənli (66 kq) Adrian Silvaya (Portuqaliya) gücünü göstərib. Təmsilçimiz rəqibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. Həsənli 1/8 finalda Lukas Fulanoviçlə (Xorvatiya) münasibətinə aydınlıq gətirəcək.

Hidayət Məmmədov (70 kq) da 1/16 final döyüşünü aktivinə yazıb. O, Demid Kloçkoya (İsrail) ilk raundda qalib gəlib. Boksçumuz növbəti qarşılaşmasında Joel Şutsla (İsveçrə) gücünü yoxlayacaq.

Yusif Ağakişiyev (75 kq) isə 1/16 finalda Eduard Tancerikanı (Rumıniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuz ikinci görüşündə İvor Li (İngiltərə) ilə qüvvəsini sınayacaq.

Hər 4 döyüş oktyabrın 6-da baş tutacaq.

Qeyd edək ki, çempionatın qaliblərinin adına oktyabrın 11-də aydınlıq gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31