23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Xarici futbol

“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”

Litva millisinin hücumçusu Moteyus Burba UEFA Millətlər Liqasının D Liqasının 3-cü turunda Azərbaycan yığmasına Bakıda 0:1 hesablı məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, 15min.lt-ə açıqlamasında komandasının hücumları tamamlamaqda çətinlik çəkdiyini bildirib:

“Son ötürmə, yəqin ki, oyunumuzun ən zəif tərəfi idi. Topa nəzarət edirdik, onu tez-tez cərimə meydançasına çatdırırdıq, cinahlardan çoxlu ötürmələr edirdik, amma ünvanı tapa və hücumları tamamlaya bilmirdik. Hakimlər barədə danışmağa başlamaq istəmirəm. Məğlub olmuşuq, buna görə ilk növbədə özümüzə baxmalıyıq”.

Burba qrupdakı vəziyyətə də toxunub: “Biz öz oyunumuzda qalib gəlməliyik, sonra növbəti matçın necə nəticələnəcəyinə baxacağıq. Yalnız ümid etmək qalır ki, Lixtenşteyn Azərbaycandan yenidən xal ala biləcək. Onlar bunu bir dəfə ediblər, bəlkə yenə bunu bacararlar".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30