18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Digər idman növləri

Azərbaycan Avropa çempionatında 13 cüdoçu ilə təmsil olunacaq

Aprelin 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, ölkəmizi 3 günlük yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 idmançı ilə təmsil edəcək.

Qadınlarda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq), kişilərdə Balabəy Ağayev, Turan Bayramov (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaqlar.

Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31