30 Sentyabr 2026, Çərşənbə
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi

Digər idman növləri

Bakıda olimpiya lisenziyası verən yarışda 33 ölkə iştirak edəcək

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyası açıqlama yayıb.

İştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.

Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

“İticket” vasitəsi ilə bilet satışı da sürətlə davam edir. Artıq biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya "iticket.az" saytından onlayn qaydada əldə etmək mümkündür.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30