2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycan çempionatı: XVIII turun proqramı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi tarix müəyyənləşib.
 
Futbolxeber.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, XVIII turun matçları martın 26-da reallaşacaq.
 
Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək. "Gəncə" klubu doğma meydanda UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.
 
Eyni saatda "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə, 18:00-da isə "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək. Bu iki oyun Bakıda Voleybol Mərkəzində reallaşacaq.
 
Qeyd edək ki, "Azərreyl" 42 xalla liderdir. "Murov Az Terminal" 37 xalla ikinci, "Abşeron" 33 xalla üçüncü, "Gəncə" 24 xalla dördüncü pillədə qərarlaşıb. "Milli Aviasiya Akademiyası" 14 xala malikdirsə, sonuncu sıradakı UNEC-in xalı yoxdur.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31