2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb.
 
Futbolxeber.az saytının məlumatına görə, 11 ölkədən 121 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü qələbə qazanıb.
 
57 kq-da Şamil Əsgərov rusiyalı Dmitri Şipovskini 3:2 (28:29, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşəcək.
 
Ruslan Rüstəmov (63,5 kq) da yarışa qələbə ilə başlayıb. O, qazaxıtanlı Serik Temirjanova qalib gəlib – 3:2 (26:29, 28:27, 28:27, 28:27, 26:29). Boksçumuzun 1/4 finalda rəqibi İlya Popov (Rusiya) olacaq.
 
Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmməd Abdullayev də mərhələ adlayıb. +92 kq-da mübarizə aparan dünya çempionatının mükafatçısı 1/4 finalda komanda yoldaşı Yohannes Nuriyevə tam üstünlüklə qalib gəlib və ən azı bürünc medalı təmin edib. Abdullayev yarımfinalda özbəkistanlı Cahongir Zokirovla münasibətinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31