30 Sentyabr 2026, Çərşənbə
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Digər idman növləri

“Mingəçevir Reqatası-2023”: ikinci günün proqramı açıqlanıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirində ikinci günün proqramı açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda idmançılar bu gün 3 yaş qrupunda mübarizə aparacaqlar.
 
2005-2006, 2007-2008 və 2009-2010-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar. Onlar kayak, kanoe və akademik avarçəkmə qayığında 200, 500, 1000, 1500 və 2000 məsafəyə yarışlarda iştirak edəcəklər.
 
Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Yarış ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30