21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Digər idman növləri

“Mingəçevir Reqatası-2023”: Azərbaycan idmançıları ilk gündə 4 medal qazanıblar

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Bir nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb.

İki nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov - İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev - Şahin İsayev dueti isə üçüncü olub.

Bir nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Cahangir Məmmədli ikinci yeri tutub.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaqlar.

 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30