17 May 2026, Bazar günü
Kaxaber Sxadadzedən qələbə şərhi
XXXII turun hakim təyinatları
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Azərbaycanın yeniyetmə cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilmiş Avropa Kubokunda 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, idmançılar medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutublar.

İki gün davam edən turnirdə Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.

Bahadır Feyzullayev (50 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov (66 kq), Sübhan Axundov (+90 kq) qızıl, Rüstəm Qasımzadə (50 kq), Əli Qazıməmmədov (81 kq), Rəsul Səmədli (+90 kq) gümüş, Nihad Məmişov (55 kq), Səlim Sultanov, Səid Şərifov (hər ikisi 66 kq), Cəsur İbadlı (73 kq) və Mehdi Abbasov bürünc medal əldə ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31