28 Sentyabr 2026, Bazar ertəsi
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

Stadnik 1/4 finalda uduzdu

Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayıb.

2 qat dünya, 9 qat Avropa çempionu olan Mariya Stadnik (50 kq) təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gəlib və 7:2 hesablı qələbə qazanıb. O, 1/8 finalda Polina Lukinanı məğlub edib - 12:1. Stadnik 1/4 finalda Sara Hildbrandta (ABŞ) uduzub - 3:14.

Jalə Əliyeva (57) 1/16 finalda kolumbiyalı Andrea Qonzalesə 7:2 hesabı ilə qalib gəlib. 1/8 finalda o, meksikalı Alma Valensiyaya "tuş"la qalib gəlib. Əliyeva 1/4 finalda Helen Maroulisə (ABŞ) məğlub olub - 3:8.

Birgül Soltanova (65) isə 1/8 finalda türkiyəli Kadriye Aksoya "tuş"la uduzub.

57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada macarıstanlı Tamara Dollakla güləşəcək.

Bu gün həmçinin Maqomedxan Maqomedov (97) finalda Bəhreyn idmançısı Axmed Tajudinovla üz-üzə gələcək.

Xatırladaq ki, buna qədər Azərbaycan güləşçilərindən Osman Nurmaqomedov gümüş medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30