2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

Azərbaycan millisinin Dünya çempionatı üçün heyəti müəyyənləşib

Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına qatılacaq Azərbaycan millisinin heyəti bəlli olub.
 
Futbolxeber.az-ın Beynəlxalq Cüdo Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yığma 4 gün davam edəcək yarışda 15 idmançı ilə təmsil olunacaq.
 
Oğlanların mübarizəsində Məhəmməd Məmişov, Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Cəsur İbadlı (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+90 kq) qüvvəsini sınayacaq.
 
Qızlardan isə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (53 kq) və Kamilla Toxoliyeva (66 kq) tatami üzərinə çıxacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30