6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Digər idman növləri

Dünya kuboku: Nicat Abasov 1/8 finalda

Bakıda keçirilən şahmat üzrə Dünya kubokunda 1/16 final mərhələsinin tay-brek görüşlərinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə Dünya kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Nicat Abasovla Pyotr Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Nicat rəqibin piyadasını götürərək P.Svidlerin təşəbbüsünün qarşısını alıb. Sonda təmsilçimiz gözlənilməz taktiki gedişlə ağların məğlubiyyətini rəsmiləşdirib.

Qeyd edək ki, Dünya kubokunda 1/8 final mərhələsinin ilk oyunları sabah keçiriləcək. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28