18 Avqust 2025, Bazar ertəsi
Adil Şükürov: “Kəpəz” düzələcək”
"Sumqayıt"dan möhtəşəm start
"Müqavimət göstərməyə gücümüz var"
Kurban Berdıyevdən qələbə şərhi

Digər idman növləri

“Bakı treki “Formula 1” üçün çılğındır, buranı sevirəm”

“Bakı treki “Formula 1” üçün çılğındır, buranı sevirəm”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Alpin” komandasının pilotu Pyer Qasli Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
 
2021-ci ildə Bakıdakı yarışda üçüncü yeri tutan 27 yaşlı fransalı sürücü həftəsonu baş tutacaq Azərbaycan Qran-prisində birincilik arzusunda olduğunu söyləyib: “Gözəl Bakı treki ilə qısa fasilənin ardından həyəcan yenidən başlayır. Kəşf edəcəyimiz maraqlı formatımız var. Bütün şanslardan istifadə edərək, həm sprint, həm də əsas yarışda uğur qazanmaq istəyirik. İki il əvvəl Bakıda podiuma çıxmışdım. Orada risk alaraq problemlərdən qaçdım və üçüncü oldum. Bakı trekində hər şey mümkündür”.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31