1 Oktyabr 2026, Cümə axşamı
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Millimizin üzvü "Ailə problemlərim olduğu üçün məşqlərə bir az gec qoşuldum"

"Ailə problemlərim olduğu üçün millinin məşqlərinə bir az gec qoşuldum".

Futbolxeber.az-ın əlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova federasiyanın rəsmi saytına açıqlamasında deyib. 

27 yaşlı oyunçu ailəsinin köməkliyi ilə yığmanın düşərgəsinə qatıldığını bildirib: Toplanışa gəlməzdən əvvəl formamı saxlamaq üçün fərdi şəkildə məşqlər edirdim. Ona görə də bu gün hazırlıq prosesində çox çətinlik çəkmirəm".

Səmədova komandada yaxşı ab-hava olduğunu diqqətə çatdırıb: "Məşqçilər və oyunçular arasında əsl komanda ruhu hiss olunur. Hər birimiz İslamiadanın və Avropa çempionatının təsnifat mərhələsində oyunların məsuliyyətini hiss edirik. Buna görə də məşqlərdə bütün gücümüzlə çalışırıq. Əsas rəqiblərimizi tanıyırıq. Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək. Meydanda rəqibimizin güclü və ya zəif olmasına baxmayaraq səhvsiz oynamalıyıq. İnanıram ki, biz hər iki yarışdan vətənə qələbə ilə dönəcəyik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31