2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Şəhriyar Məmmədyarovun ilk rəqibi müəyyənləşib

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsindəki ilk rəqibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup" adlanan turnirdə birinci görüşünü çinli Le Kuanq Lyeyə qarşı keçirəcək. 

Bu gün start götürəcək yarışda ümumilikdə 8 idmançı yarışacaq. İştirakçılar arasında Məmmədyarov, Lye və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dolları təşkil edir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31