2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Boksçumuz erməniyə qalib gəldi

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın 6-cı günündə 1/4 final mərhələsində rinqə çıxan Azərbaycan millisinin daha bir üzvü döyüşünü qələbə ilə başa vurub. 

İlk qarşılaşmasında irlandiyalı Patrik Makkennaya qalib gələn Amin Məmmədzadə bu dəfə gücünü ermənistanlı Aren Aslamazyana göstərib. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz hər 3 raundda rəqibindən üstün olub. Erməni idmançını 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən Məmmədzadə rəqibini vaxtından əvvəl yarışdan kənarlaşdırıb. 

O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən ikinci boksçumuz olub. Amindən öncə Kənan Babayev (48 kq) Avropa birinciliyində 1/4 final döyüşünü qələbə ilə bitirdiyindən Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31