2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycanın 2 gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastları İvan Tixonov və Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayaraq 8-ci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14.266 xal alıb və 6-cı yeri tutub.

Hər iki idmançı təsnifat mərhələsini ilk "səkkizlik"lə başa vurduğu üçün finala yüksəlib.

Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31