4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Digər idman növləri

Rəcəbov Aronyana qalib gəldi

Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 5-ci turun görüşləri keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.

Məmmədyarov ibir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5.

Xal durumu: Maqnus Karlsen - 26,5 xal, Uesli So - 21,5 xal, Teymur Rəcəbov - 15 xal, Levon Aronyan - 15 xal, Hikaru Nakamura - 12 xal, Maksim Vaşye-Laqrav - 11,5 xal, Vladislav Artemyev - 11,5 xal, Aniş Giri - 10,5 xal, Şəhriyar Məmmədyarov - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xal.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30