5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Digər idman növləri

İlham Zəkiyev: "Tokiodan medalsız qayıtmağa haqqımız yox idi"

"Biz paralimpiadaya qalib ölkənin idmançıları kimi yollanmışdıq. Tokiodan medalsız qayıtmağa haqqımız yox idi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıdakı qarşılanma zamanı deyib.

100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşdə Britaniya təmsilçisi ilə qarşılaşdığını xatırladıb: "Həmin qarşılaşma ağır keçdi. Rəqib mənə qarşı yaxşı hazırlaşmışdı. Amma onu məğlub etdim. Daha sonra isə koreyalı paralimpiya çempionu ilə üz-üzə gəldim. Onunla görüşümüz gərgin alındı. Həmin vaxt sol ayağımın iki barmağı sındı, bunu biruzə vermədim. 8 dəqiqə güləşdik və nəticədə rəqib qalib gəldi. Daha sonra isə bürünc medal qazandım. Bu qələbəmi Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə həsr edirəm".

Zəkiyev karyerasını bitirməyi düşünmədiyini sözlərinə əlavə edib: "Paris paralimpiadasına 3 il qalıb. Zədələrimi tam müalicə etdikdən sonra məşqlərə qoşulacağam. Dirsəyimdə də zədə var idi. Sadəcə, xoşlamıram ki, yarışdan əvvəl zədəli olduğumu deyim. Sonra bəziləri dəyəcək ki, bəhanə edir. 1 il 3 ay zədə səbəbindən tatamidən kənarda qaldım. Bu vəziyyətdə getdim və əliboş qayıtmadım".

Qızıl medal qazanan paracüdoçu Hüseyn Rəhimli (81 kq) yarışın yaxşı keçdiyini bildirib: "Mənim üçün ən çətin final qarşılaşması oldu. Həmin rəqibə daha əvvəl 3 dəfə məğlub olmuşdum. Paralimpiadada ona qələbə qazanmaq çox yaxşıdır. Əsas onunla görüşə hazırlaşırdım".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30