Digər idman növləri
Teymur Rəcəbov: “Dünya Kubokunda qələbə çox əlamətdar hadisə oldu”
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti Dünya Kubokunun qalibi Teymur Rəcəbovun müsahibəsini təqdim edir.
- İlk olaraq 2019-cu il barədə danışaq. Başa çatmaqda olan sizin üçün necə yadda qalacaq?
- Nəzərdə tutduğum planlara əsasən 2019-cu ilin normal keçdiyini düşünürəm. Dünya Kubokunda qələbə sayəsində ili karyeram üçün uğurlu hesab etmək olar.
- İlin ən yadda qalan məqamı Dünya Kubokunda qələbəniz oldu. Teymur Rəcəbov üçün bu qələbə nə dərəcədə əhəmiyyətlidi?
- Dünya Kubokunda qələbə istənilən şahmatçının idman bioqrafiyasında çox mühüm yer tutur. Mənə görə də bu nəticə çox vacib və əlamətdar hadisə oldu. Bu qələbənin mənim qədər ümumilikdə Azərbaycan şahmatı üçün də önəmli olduğunu düşünürəm.
- Dünya Kubokunda qələbə Teymur Rəcəbovu böyük şahmata qaytardı. Siz bu fikirlə razısınız?
- Razı deyiləm. Mən böyük şahmatdan ayrılmamışdım. Bu müddət ərzində elit şahmatçılar sırasında olmuşam. Azərbaycan yığmasının heyətində və şəxsi yarışlarda çoxlu sayda qələbə və medallar əldə etmişəm. 2017-2018 mövsümündə də İddiaçılar Turnirinə vəsiqə qazanmağa çox yaxın idim. Palma de Malyorkada keçirilən FİDE Qran-Pri turnirində İddiaçılar Turnirinə vəsiqə qazanmağıma cəmi yarım xal çatmadı.
- Son illər iştirak etdiyiniz turnirlərdə daha çox heç-heçəylə yadda qalırdınız. Bunu necə izah edərdiniz?
- Bu debüt repertuarımın yenidən qurulmasıyla bağlıdı. Qara fiqurlarla riskli mübarizədən daha çox klassik üsluba uyğunlaşmaqla əlaqədardı. Riskli debütlərdə daha çox qələbə qazanmaq mümkündü. Lakin məğlub olmaq riski artır. Klassik debütlərdə qara fiqurlarla bərabərliyi qorumaq asandı, qələbə qazanmaq isə çətin. Bu və ya digər seçimin doğru olub-olmadığı reytinqdə görünür. Reytinq düşürsə, deməli, dəyişiklik lazımdır. Əksinə, reytinq artırsa, deməli, hər şey qaydasındadır.
- Teymur Rəcəbovun komandasında dəyişiklik var? Hazırda kimlərlə işləyirsiniz?
- Son illər əsasən Vladimir Çuçelovla işləyirəm. Uşaq yaşlarından çalışdığım fransız qrossmeyster İqor-Aleksandr Natafla əməkdaşlığımız davam edir. Psixoloji cəhətdən isə ailəm və yaxın insanlar çox kömək olur.
- Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan təbrik məktubu aldınız. Ölkə rəhbərliyinin təbriki sizin üçün nə deməkdir?
- Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir.
- Sizin qələbənizin sosial şəbəkələrdə uzun müddət müzakirə edildiyindən xəbəriniz var? Hətta 2019-cu ilin əsas idman uğuru adlandıranlar da oldu...
- Azərbaycan idmançılarının bütün qələbələri arasında ilin əsas idman uğuru kimi? Bilmirəm nə deyim. Dünya Kubokundakı qələbə mənim üçün 2019-cu ilin əsas hadisəsi oldu. Xoş sözlərə görə bütün azarkeşlərimə, idman mütəxəssislərinə təşəkkür edirəm. Amma belə seçimi azarkeşlər, idman jurnalistləri, mütəxəssislər edə bilər. Onların istənilən qərarı mənə qəbuldu.
- Dünya Kubokunda Şəhriyar Məmmədyarova qarşı mübarizə aparmaq hansı hisslərlə yadda qalacaq?
- Düzünü desəm o qədər xoş an deyildi. Uşaq yaşlarından Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparmışıq. Birgə çoxlu sayda qələbələrimiz olub. Bu mənada komanda yoldaşına qarşı mübarizə aparmaq çox çətin idi. Təəssüf ki, püşk bizi Dünya Kubokunda bir-birimizə qarşı rəqibə çevirdi. Bu mübarizədə mən daha uğurlu oldum. Partiyadan sonra Şəhriyar məni təbrik etdi, qucaqladı və növbəti görüşlərdə uğurlar arzuladı.
- Son illər futbol dünyası mübahisə edir: Ronaldo yoxsa Messi güclüdü? Azərbaycan şahmat azarkeşlərini isə başqa sual maraqlandırır: Şəhriyar yoxsa Teymur? Siz bu suala necə cavab verərdiniz?
- Səmimi deyəcəm, bu sualla rastlaşmamışam. Bizim aramızda sağlam rəqabət var. Bu rəqabət Azərbaycan sərhədlərini keçib. Rəqabət fərdi inkişafa kömək edir. Təkcə Azərbaycanda bir-birimizlə deyil, dünyanın ən güclü şahmatçılarıyla birgə yüksək nailiyyətlər uğrunda rəqabət aparırıq. Belə rəqabət normaldı. Kim daha çox maraqlıdır? Bu suala azarkeşlər özləri üçün cavab verə bilər.
- Dünya Kubokundan sonra milli komandalar arasında Avropa çempionatı keçirildi. Qitə birinciliyində iştirak etməməyinizin səbəbini bilmək istərdik.
- Avropa çempionatında iştirak etmədiyimə görə çox təəssüflənirəm. Təxminən bir aya yaxın müddətdə Dünya Kubokunda güclü şahmatçılarla çətin oyunlarda mübarizə aparmışam. Bəzi görüşlərdə tay-brekdə oynamaq lazım gəlib. Elə final görüşündə çinli Dinq Lirenlə 10 partiya oynadıq. Dünya Kubokundan sonra özümdə ciddi yorğunluq hiss etdim. Batumidə təşkil edilən Avropa çempionatının ardınca - bir gündən sonra Hamburqda keçirilən FİDE Qran-Prisində iştirak etməliydim. Bu barədə FİDE ilə imzalanmış müqaviləmiz var. Belə məqamda tam gücümlə oynamaq mümkün deyildi. Bərpa olunmaq lazım idi. Ona görə milli komandada tam gücümlə oynaya bilməyəcəyimi nəzərə alaraq Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasından əvəzolunmağımı xahiş etdim.
- FİDE-nin təşkil etdiyi Qran-Prinin son mərhələsində də iştirak etmədiniz. Səbəbi deyə bilərsiniz?
- Tam bərpa oluna bilməmişəm. Həkimlərin məsləhətiylə bərpa kursunu davam etdirirəm. İndi artıq müəyyən mənada özümə gəlirəm.
- Uzun illər Teymur Rəcəbov Azərbaycan xalqını qələbələrlə sevindirir. Hamımızın xatırladığı balaca Teymur artıq böyüyüb, indi ailə başçısıdı. Şahmat sizi yormur? Belə deyək şahmatdan ayrılmaq - getmək barədə düşünmüsünüz?
- Yüksək səviyyədə oynamaq müəyyən mənada çətin olub. Müasir məşq medotları, saatlarla kompyuterlə iş, fiziki dözümlülük, çoxlu sayda turnirlər, tez-tez səfərə çıxmaq asan deyil. Bunun üçün psixoloji və fiziki güc, mənəvi cəhətdən dözümlülük tələb olunur. İndiyə qədər bacarıram. Getmək? Bu elə də çətin deyil, istənilən zaman bu barədə qərar qəbul etmək olar.
- İddiaçılar Turnirinə hazırlıq planı barədə məlumat verə bilərsinizmi?
- İddiaçılar Turnirində dünyanın ən güclü şahmatçıları mübarizə aparır. Burada aparıcı şahmatçıların hazırlığıyla məşğul olan güclü məşqçi kollektivlərinə qarşı çıxış edəcəyik. Ona görə ciddi hazırlıq tələb olunur. Bunun üçün müəyyən maliyyə lazım olacaq. Uzun müddətli təlim-məşq toplanışı, güclü məşqçilərlə gündəlik iş, mütəxəssislərlə psixoloji, fiziki hazırlıq və digər məsələlər həll olunmalıdı. Müəyyən hazırlıq planlaşdırılıb. Onu reallaşdırmaq barədə düşünürük. Əvvəlki İddiaçılar Turnirində iştirak təcrübəmdən irəli gələrək mötəbər yarışa lazımi qaydada hazırlıqda problem yaranacağından ehtiyatlanıram. Çünki dünya elitasına daxil olan rəqiblərimin imkanlarıyla müqayisədə mənim vəsaitim müəyyən mənada məhduddur. İstənilən halda maksimum potensialımı nümayiş etdirərək dünyanın ən yaxşı şahmatçısı adı uğrunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacam.
- Sizin fikrinizcə, 2019-cu ildə Azərbaycanda ən yaxşı idmançı kimdi?
- Cari ildə ayr-ayrı növlər üzrə bir sıra idmançılar və onların məşqçiləri uğur qazanıb. Kimisə xüsusilə fərqləndirməklə digərlərinin xətrinə dəymək istəməzdim.
- 2020-ci ilə hansı arzularla yollanırsınız?
- Allahdan Azərbaycanda sabitliyin qorunmasını və ölkəmizin inkişafının davamlı olmasını arzulayıram. Yeni ildə hər bir azərbaycanlının mehriban və işıqlı arzularının həyata keçməsini diləyirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Xankəndidə vurulan qollar
- Millimiz FIFA reytinqində irəlilədi
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Arsenal" büdrədi
-
18:00
UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu
-
17:45
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
-
16:33
“Turan Tovuz”dan paylaşım: “Bu oyun əzəli rəqiblərin, əbədi dostların görüşüdür!” VİDEO
-
15:59
Güləşçimiz üç il müddətinə cəzalandırılıb
-
15:27
İngilis müdafiəçi “Mançester Yunayted”in hədəfində
-
14:41
I Liqada hakim təyinatları
-
14:02
Qarabağa səfər, tarixi şəhərdə futbol günü VİDEO
-
13:38
Murad Məmmədov Konfrans Liqasına sifariş edildi
-
13:16
Qərb derbisinin biletləri satışda
-
12:54
Karyerasını “Arsenal”da davam etdirmək istəyir
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
-
09:51
"Başakşehir"dən möhtəşəm geridönüş VİDEO
-
23:32
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
23:14
Cüdo Federasiyası imtahan keçirib
-
23:00
"Zirə" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı FOTOLENT
-
18:29
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
-
17:58
II Liqada 2 oyunda 5 qol
-
17:13
Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
-
16:35
Azərbaycan millisinə 27 futbolçu çağırıldı
-
16:07
Elvin Bədəlov: “Əsas “Neftçi”nin qələbəsidir”
-
15:41
“Kəpəz”in futbolçusu 100-ə çatdı
-
14:54
Avro-2028-in əsas favoriti açıqlandı
-
14:22
“Sumqayıt” Murata ilə vidalaşdı
-
14:00
Mamadu Kane: “Neftçi” əvvəl də güclü idi, indi də”
-
13:36
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
-
13:19
"Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol VİDEO
-
12:48
Füzuli Məmmədov: “Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam”
-
12:23
Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb
-
12:05
Azərbaycan Premyer Liqası: cari mövsümdə ilk
-
11:51
Volkov üçün yubiley qolu
-
11:37
İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
11:14
"Beşiktaş" Konyadan 3 xalla qayıtdı VİDEO
-
11:00
Qustavo Klisman: “Açığı, zərbə vurmurdum, asma edirdim”
-
10:42
"Trabzonspor"dan tək qollu qələbə VİDEO
-
10:29
Toral yenə əsas heyətə düşə bilmədi
-
10:16
"Yuventus" ikinci hissədə coşdu VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Atalalanta" - "İnter" matçında triller VİDEO
-
09:35
Renat Dadaşovun komandasından qələbə
-
09:21
"Milan"dan darmadağın VİDEO
-
21:17
Premyer Liqamızda yeni rekord
-
20:35
Gəncədə qalib aşkarlanmadı VİDEO
-
20:00
Qurban Qurbanov: “Beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir”
-
19:49
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
-
18:56
“Neftçi” yenidən vahid lider oldu, "Qarabağ" büdrədi
-
18:28
Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir.
24.11.2026
23.11.2026
22.11.2026
























