Digər idman növləri
Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş turnir keçirilib
Dekabrın 27-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, “Zirvə İnternational Sport Clubs” tərəfindən təşkil olunan və bilavasitə keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə edilən yarışda qadınlar və kişilərdən ibarət yığma komandaların əsas üzvləri, həmçinin veteran atletlər iştirak ediblər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib, mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub.
Əvvəlcə, yarışların açılış mərasimi keçirilib. İlk olaraq Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayılov İsmayılov giriş sözü ilə çıxış edib. Natiq idmançılar, mərhumun ailə üzvləri, həmçinin digər qonaqları salamlayaraq Hacıbaba Əskərovun ölkə ağır atletikasının inkişafındakı böyük rolu barədə danışıb. O, qeyd edib ki, hazırkı nailiyyətlərimizdə bu əməkdar məşqçi, beynəlxalq dərəcəli hakimi xidmətləri əvəzsizdir: “Hacı müəllim böyük bir ağır atlet, məşqçi, hakim, mütəxəssis nəsli yetişdirib və onlar bu gün də idmanımız üçün çalışmaqda davam edirlər. Onun xatirəsini əziz tutmaq, belə gözəl zallarda, belə möhtəşəm yarışlar vasitəsilə yad etmək bizim borcumuzdur. İdmançılar üçün də bu, bir stimul rolunu oynayacaqdır”. İsmayılov İsmayılov daha sonra ölkəmizin 2017-ci ildə əldə etdiyi idman uğur və nailiyyətləri, təşkil olunan yerli və beynəlxalq yarışlar barədə məlumat verib, dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasəti haqda danışıb. Hacıbaba Əskərovun qızı Gülarə Nərimanova da çıxış edərək yarışın təşkilatçılarına təşəkkürünü bildirib: “Mən əminəm ki, atamın ruhu bu yarışı, bu təşkilatçılığı görür və çox şaddır. Hətta deyərdim indi o burada bizimlədir və sevincimizə qoşulur. Hacıbaba Əskərov ağır atletikanın fanatı olub, onun inkişafı üçün əlindən gələni əsirgəməyib, ömrünü bu növə həsr edib. Onun xatirəsinin belə mötəbər yarışla qeyd edilməsi həm ona, həm də ümumilikdə ağır atletikaya nümayiş etdirilən hörmətin nəticəsidir”. Sonda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərova söz verilib. O, hər kəsi salamlayaraq bu yarışda görməkdən şad olduqlarını qeyd edib: “Azərbaycanda idmana xüsusi dövlət qayğısı var və bu prosesə Cənab Prezident İlham Əliyevin nəzarət etməsi nəticəsində qazanılan uğurlar göz qabağındadır. Ölkə olaraq bütün sahələrdə olduğu kimi, idmanda da dünyanın ən güclüləri sırasında olmağımız aparılan işlərin məntiqi nəticəsidir. 2017-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 851 medal qazanıblar ki, onların içərisində ağır atletlərin də olması, öz töhfələrini verməsi bizi sevindirir. Ağır atletikamızın 100 ilə yaxın tarixi var. Bu tarixin böyük hissəsində Hacıbaba müəllim Əskərovun adı var. Onun əməyi, gördüyü işlər çox böyükdür. O, nəinki bizim, həm də müəllimlərimizin müəllimi olub. Onu yad etmək, xatirəsini saxlamaq çox vacib məqamdır. Hələ uzaq 90-cı illərdə ümummilli lider Heydər Əliyev biz idmançılarla görüşdə demişdi ki, bu idmanda əməyi olan insanların heç biri kənarda qalmamalıdır. Biz də hazırda həm yaşayan, aktiv fəaliiyət göstərən, həm də dünyasını dəyişmiş mütəxəssislərə diqqətimizi əsirgəməməliyik. Bu yarışın təşkilində məqsəd də ağır atletika ənənələrinin qorunması, idman tariximizə töhfəsini vermiş insanları yad etmək, onlara hörmətimizi nümayiş etdirməkdir. Bu fəaliyyətimizi növbəti illərdə də davam etdirəcəyik”.
AAAF tərəfindən xüsusi plaketlər də təqdim olunub. Hacıbaba Əskərovun qızı Gülarə Nərimanova, zədəli ağır atlet Rüstəm İmanzadə, veteran atlet və ağır atletika mütəxəssisləri Vahid Nəzərov, Yuri Ryabov, Akif Alıyev və Azad Mustafayev, ağır atletika yarışlarının işqlandırılmasında əməyinə görə “İdman Azərbaycan” kanalı və “AAAF Media”, həmçinin ustad ağır atletlərdən ibarət yığma komandamızın baş məşqçisi Oktay Muxtarov bu xatirə hədiyyələrinə layiq görülüblər.
Yarışlar isə maraqlı mübarizə şəraitində keçib. Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Toplam 157 kq (66+91) nəticə ilə 236.45 Sinkleyr xalı qazanan Səbinə Əzimova bütün rəqiblərini üstələyərək, qızıl medala sahib çıxıb. İkinci yeri toplam 141 kq (63+78) nəticə və 222.76 xalla Mərziyyə Məhərrəmova, üçüncü yeri isə toplam 157 kq (71+86) və 220.97 xalla Gülçin Əlizadə tutub.
Kişilərdə fəxri kürsünün ən yüksək pilləsinə Rövşən Fətullayev çıxıb. IV İslam Oyunlarının bürünc mükafatçısı olmuş atlet bu yarışda toplam 360 kq (160+200) çəkinin öhdəsindən gəlib və 399.92 xalla turnirin qalibi adını qazanıb. İkinci yerə toplam 274 kq (121+153) nəticə və 384.81 xalla Məhəmməd Məmmədli, üçüncü yerə isə toplam 288 kq (127+161) nəticə və 372.04 xalla Kənan Əliquliyev layiq görülüblər.
Son olaraq medal mübarizəsinə ustad ağır atletlər qoşulub. Toplam 233 kq (103+130) nəticə və 346.98 xalla Zəfər Tağıyev yarışın qalibi olub. İkinci pillədə toplam 150 kq (70+80) nəticə və 339.05 xalla Akif Alıyev, üçüncü pillədə isə toplam 255 kq (110+145) nəticə və 335.92 xalla Natiq Həsənov qərarlaşıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
14:00
Ferran Torres PSJ-yə keçdi
-
13:26
"Neftçi" amerikalı legioneri heyətinə qatdı
-
12:58
Romero rəsmən “Atletiko”da
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
11:15
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:41
Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
-
10:23
İtaliyalı futbolçu karyerasını başa vurdu
-
10:09
"Qalatasaray"dan uğursuz start VİDEO
-
09:52
Cəlal oynadı, komandası qalib gəldi
-
09:34
“Traktor” mövsümə qələbə ilə start verdi
-
09:00
“Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
-
23:25
"Turan Tovuz" 3 xalı tək qolla qazandı VİDEO
-
23:04
Kurban Berdıyev: “Çox vacib qələbə oldu”
-
22:51
Kaxaber Sxadadze: “Turan Tovuz”un ciddi qol epizodları olmadı”
-
22:13
“Səbail” Boludakı ilk oyununda qalib gəldi
-
21:36
İmad Faraj “Neftçi”dən getdi
-
21:28
"Turan Tovuz" mövsümə qələbə ilə başladı
-
20:09
Yeni mövsümün ilk qolu vuruldu
-
18:42
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
-
18:00
Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
-
17:37
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
17:15
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilə imzalayıb
-
16:48
“Rapid” - “Harts” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
16:06
Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat alıb
-
15:23
“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı
-
14:51
Murad Məmmədov “Pafos"da ilk qolunu şərh etdi
-
14:39
Azərbaycan gimnastı Fidan Qurbanlı dünya çempionatında çıxış edib
-
14:14
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub
-
14:00
“Fənərbaxça” braziliyalı legionerlə yollarını ayırdı
-
13:42
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
-
13:27
Milli üzvü "Neftçi"yə qayıtdı
-
12:55
Musa Qurbanlı: “Zamanla daha yaxşı olacaq”
-
12:38
"Gəncə" sabiq üzvü ilə güclənib
-
12:16
Markeviç: “Qarabağ”ın legionerlərinin fərdi ustalığı daha yüksək oldu”
-
11:41
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
11:23
Üç boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
11:09
"Murov Az Terminal" daha bir voleybolçu ilə anlaşıb
-
10:54
UEFA reytinqi: Azərbaycanın əmsalını artdı
-
10:32
Zamiq Əliyevin komandası Avroliqanın pley-offunda
-
10:17
Tahir Gözel: “İki yeni futbolçuya ehtiyacımız var”
-
10:00
“Qarabağ”ın “Yıxılmadım, ayaqdayam” mesajı...
-
23:59
Murad Məmmədov “Pafos”da qol hesabını açdı: “Zalsburq”u məyus etdi
-
23:45
“Tvente” “Qarabağ”a rəqib oldu
-
23:32
Emreli oynadı, komandası mərhələ adladı
-
23:16
“Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”
-
22:58
Qurban Qurbanov: “Vacib qələbə qazandıq”
-
22:27
“Dinamo”nun baş məşqçisi: “Qarabağ” bütün imkanlardan maksimum yararlandı”
-
22:01
“Qarabağ” pley-offa yüksəldi
-
19:41
Ronaldo daha 2 il “Sumqayıt”da
-
18:13
"Kəpəz"də yeni müqavilə
15.08.2026
14.08.2026
13.08.2026
























