23 Sentyabr 2026, Çərşənbə
“Qarabağ”dan fanşopla bağlı yenilik
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi

Futzal

Millimizin üzvü: “Bu qələbə gələcək oyunlar üçün açar oldu”

Futzal üzrə millimizin üzvü Fərid Abbasov Danimarka yığması ilə keçirilən yoldaşlıq oyunları barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, azfutzal.az-a açıqlamasından əvvəlcə komandanı dəstəkləmək üçün arenaya gələn azarkeşlərimə təşəkkür edib:

“İki fərli oyun oldu. Birinci görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan maksimum yararlandı. Yekunda məğlub olduq. Nəzərə alsaq ki, milli 8 aydan çoxdur oyun keçirmir, üstəlik, heyətimizə yeni futzalçılar da cəlb olunub, müəyyən qədər anlaşılandır. Baş məşqçi oyunu analiz etdi, bizə də səhvlərimizi göstərdi və ikinci oyun üçün təlimatlarını verdi. Bacardığımız qədər mübarizə apardıq, sonluq isə bizim üçün əla alındı.

Bir qol vurmağım və məhsuldar ötürmə etməyim verilən tapşırıqları yerinə yetirməyimin nəticəsidir. Baş məşqçi hər zaman məsləhət bilir ki, əgər özünə, oyunçunu keçə biləcəyinə inanırsansa, cəhd elə, fərdi keyfiyyətlərindən istifadə et. Qolun ötürməsi zamanı da gördüm ki, rəqibi keçə bilərəm, sona qədər davam etdim. Bu qələbə gələcək oyunlar üçün açar oldu. Əsas odur ki, özümüzə inanaq və çox çalışaq”.

Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, 2 gün sonra - yanvarın 24-də isə baş tutan matçda komandamız 4:2 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30