13 Noyabr 2026, Cümə
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu

Ölkə futbolu

Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"

"Millidən yalnız qələbə gözləyirəm. Başqa cür ola bilməz. Əgər qalib gələ bilməsək, artıq millidən və futboldan danışmağa dəyməz".

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Sport24.az-a "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov açıqlama verib.

Təcrübəli mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Lixtenşteyn - Azərbaycan qarşılaşması ilə bağlı gözləntilərini bölüşüb:

"Bundan sonra ümidimizi klublara bağlamalı olacağıq. Qələbə qazana bilməsək, bunun məsuliyyətini yalnız baş məşqçi Ayxan Abbasovun üzərinə qoymaq düzgün olmaz. Bu barədə futbolçular da düşünməlidirlər. Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşə qalıb. Olan olub, keçən keçib. Əgər bu, bizim alın yazımızdırsa, qəbul etməliyik. Belə qarşılaşmalarda qalib gəlib seviniriksə, heç olmasa, bu dəfə də qələbə qazanaq. Elə futbolçular var ki, yəqin, heç ağıllarına da gəlməzdi ki, nə vaxtsa millidə çıxış edəcəklər. Ayxan Abbasov onlara bu imkanı verib. Onlar da yaradılan şansdan maksimum yararlanmalı, özlərini göstərməli və milli komandaya layiq olduqlarını sübut etməlidirlər".

Xatırladaq ki, bu gün Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30