29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Futzal

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” “Buba Mara” ilə qarşılaşıb.

Futbolxeber.az saytının məlumatına görə, oyunla bağlı təmsilçimizin oynayan məşqçisi Fərid Ələkbərov azfutzal.az-a açıqlama verib:

“Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Belə ki, onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə I turda “Piast”la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komandamız yaxşı tərəfdən seçilirdi. Hesab 2:2 olan vaxt boş qapıya düşə bilmədik. Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupumuzdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər. Bizim bir gün əvvəl yendiyimiz “Uypest” meydan sahibi və qrupun əsas favoriti hesab edilən “Piast”la heç-heçə etdi. Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər.

“Araz-Naxçıvan” bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Onların belə mübarizə aparacaqlarını açığı gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupun ilk oyununda “Uypest”i 5:4 hrsabı ilə yenib, “Buba Mara”ya isə 3:5 hesabı ilə uduzub. Komandamız qrupun sabah – oktyabrın 30-da “Piast”la üz-üzə gələcək. Oyun saat 22:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31