12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir

Özbəkistan nümayəndə heyəti Azərbaycanla birgə FIFA U-20 dünya çempionatına hazırlıq çərçivəsində ölkənin futbol infrastrukturunu öyrənir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Özbəkistan mətbuat yazıb.

Qeyd olunub ki, FIFA, Özbəkistan Futbol Assosiasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri Bakıda turnirə hazırlığa həsr olunmuş işgüzar görüş keçiriblər.

Ali Futbol Qurumunun görüşdə FIFA-nın Üzv Assosiasiyalar üzrə baş direktoru Elxan Məmmədov təmsil edib.

Tərəflər əməkdaşlığı gücləndirməyə və turnirin yüksək səviyyədə keçirilməsi üçün birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Özbəkistan nümayəndə heyətinin üzvləri AFFA nümayəndələrinin müşayiəti ilə "Neftçi" Futbol Mərkəzində klubun akademiyasının fəaliyyəti ilə tanış olublar.

Görüş zamanı tərəflər futbol infrastrukturunun inkişafı, akademiyaların işinin təşkili və gənc oyunçuların hazırlığı sahəsində təcrübə və bilik mübadiləsi aparıblar.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30