13 Noyabr 2026, Cümə
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu

Xarici futbol

Fransa klubunda baş məşqçi istefası

Fransanın "Lans" klubu baş məşqçi Yannik Kayuzakı vəzifəsindən azad edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirib.

41 yaşlı mütəxəssis komandaya sentyabr ayından başçılıq edirdi. Onun rəhbərliyi altında "Lans" bütün turnirlərdə 9 oyun keçirib, 3 qələbə qazanıb və 6 dəfə məğlub olub.

Kayuzakın komanda ilə vidalaşmasında əsas səbəb isə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə İtaliyanın "Komo" klubuna qarşı keçirilən matç olub. Noyabrın 4-də oynanılan həmin qarşılaşmada "Lans" rəqibinə 1:9 hesabı ilə uduzub. Bu nəticə klubun tarixində avrokuboklarda evdə aldığı ən iri hesablı məğlubiyyət kimi düşüb.

Qeyd edək ki, "Lans" Fransa Liqa 1-in turnir cədvəlində 10 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30