12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb

“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun Ukraynanın “Krivbass” klubunda çalışdığı dövrdə futbolçusunu qeyri-adi üsulla sınadığı məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Krivbass”ın sabiq yarımmüdafiəçisi Yuri Vakulko “Ukrainskiy futbol” nəşrinə müsahibəsində danışıb.

O, Vernidubun bir dəfə zədə səbəbindən ona oyunu buraxmağı təklif etdiyini, lakin komandanın məğlubiyyətindən sonra bu qərarına görə irad bildirdiyini söyləyib:

“Maraqlı hadisə olmuşdu. Bir neçə oyun ərzində mənə mane olan kiçik zədəm var idi. Yuri Nikolayeviç özü yaxınlaşıb sağalmağım üçün bir oyunu buraxmağı təklif etdi. Mən də razılaşdım. Həmin matçda uduzduq. Oyundan sonra Vernidub paltardəyişmə otağında kimin əsl kişi olduğunu, kimin isə xırda şeylərə görə oyunları buraxdığını gördüyünü dedi”.

Vakulko bundan sonra baş məşqçiyə yaxınlaşaraq oyunu buraxmağı məhz onun təklif etdiyini xatırladıb: “Həmin oyunu buraxan yeganə futbolçu mən idim. Vernidub telefonunda başı sarğılı, ayaqları qan içində olan futbolçuların şəkillərini göstərdi. Ona dedim ki, axı fasilə verməyi özünüz təklif etmişdiniz. Vernidub isə bunun bir sınaq olduğunu və məndən başqa cavab gözlədiyini bildirdi. Bu, mənim üçün yaxşı dərs oldu”.

Qeyd edək ki, Yuri Vakulko 2023-2025-ci illərdə Vernidubun rəhbərliyi altında “Krivbass”da 46 oyun keçirib. Ukraynalı mütəxəssis isə 2025-ci ilin dekabrından “Neftçi”nin baş məşqçisidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30