13 Noyabr 2026, Cümə
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu

Ölkə futbolu

PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər

PFL-in üzv olduğu Dünya Liqaları Assosiasiyasının illik konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 11-13 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində Peşəkar Futbol Liqasının tam hüquqlu üzv olduğu Dünya Liqaları Assosiasiyasının illik konfransı keçirilib. Bu konfrans həm də Dünya Liqaları Assosiasiyasının yaradılmasının 10 illik yubileyi ilə əlamətdar olub.

3 günü əhatə edən illik konfransa dünyanın müxtəlif qitələrindən olan 50-dən çox liqa təmsilçisi qatılıb.  Azərbaycanı sözügədən mötəbər tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və qurumun texniki-idman direktoru Elgiz Abbasov təmsil edib.

Tədbir zamanı futbol ilə bağlı bir çox mühüm məsələlər müzakirə edilib. Peşəkar Futbol Liqası qəbul edilən qərarlarda tam hüquqlu üzv kimi iştirak edib. Eyni zamanda İtaliya A Seriyasının icraçı direktoru Luici de Siervo növbəti 4 il üçün Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib.

Ölkəmizi konfransda təmsil edən şəxslər eyni zamanda müxtəlif liqaların nümayəndələri ilə görüşlər keçirib, gələcək əməkdaşlıqların perspektivlərini müzakirə ediblər. Yekunda Peşəkar Futbol Liqası adından Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30