16 Oktyabr 2026, Cümə
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi
"Şamaxı" və "Sumqayıt"dan qələbə
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!

Ölkə futbolu

Maksimov məğlubiyyəti şərh etdi

“Birinci hissədə pis oynamırdıq. Hesab da öndə idik, bunu davam etdirmək lazım idi. İnam yox idi, qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Nə dedi sizə?

- Bu, komanda daxili məsələdir. Nəsə deyə bilmərəm.

- Fasilədən sonra nə baş verdi? İlk hissədə dominant oynayırdınız, sonra bunun davamını gətirə bilmədiniz...

- Futbolçular hesabı saxlamaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq.

- Bir aya yaxındadır ki, baş məşqçi postundasınız. Bu kollektivin autsayder olması nə dərəcədə realdır? Komandanın potensialı var, yoxsa reallıq budur?

- Nəyimiz varsa, onunla da davam edəcəyik.

- Bu mövsüm qarşınıza avrokubok hədəfi qoyulub? Narahat deyilsiniz ki, siz də sizdən əvvəlki həmkarlarınızın yaşadığı aqibəti yaşayarsınız?

- Məşqçi işi belədir, nə etmək olar? Qarşıda nə olacaq, bilmirəm.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31