12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

Azərbaycan millisinin bayraqdarları müəyyənləşib

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, mərasimdə Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə boksçu Gülər Hüseynova (51 kq) və turnirdəki taekvondo yarışlarının gümüş mükafatçısı Adil Kazımlı (73 kq) daşıyacaqlar.

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi noyabrın 13-də Atletlər Kəndində Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medallara sahib çıxıblar. Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə Yeniyetmələrin IV Yay OLimpiya Oyunlarını gümüş medalla başa vurublar.

Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30