11 Noyabr 2026, Çərşənbə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Azərbaycan futbolunun qara günü

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raunduna məğlubiyyətlə start verib.

Futbolxeber.az saytının məlumatına gö”ə, Emin Mustafayevin baş məşqçi olduğu komanda ilk turda Almaniya ilə qarşılaşıb. Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

U-17 növbəti matçını noyabrın 14-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi isə Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib. Komanda Belqradda Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:2.

U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30