12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Neftçi" üçün antidopinq seminarı təşkil edilib

"Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib. O, iştirakçılara antidopinq qaydaları, bu qaydaların idmanda tətbiqi və idmançıların üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib.

Seminar zamanı antidopinq tələblərinə əməl olunmasının peşəkar idmanın əsas prinsiplərindən biri olduğu vurğulanıb. Gənc futbolçuların bu sahədə məlumatlılığının artırılması, onların mümkün antidopinq qayda pozuntularından qorunması və idmanda dürüstlük prinsiplərinin təbliği diqqət mərkəzində olub.

Xüsusilə futbolçuların erkən yaşlardan etibarən antidopinq qaydalarını mənimsəməsinin əhəmiyyəti qeyd edilib.

Seminarın əsas məqsədi akademiya komandalarının futbolçu və məşqçi heyətinin antidopinq sahəsində məlumatlılığını artırmaq, onlarda məsuliyyətli idman davranışını təşviq etmək olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30