Ölkə futbolu
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
“Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının son turunda “Zirə”yə uduzdunuz. 1:2 hesablı məğlubiyyəti necə şərh edərdiniz?
- Yaxşı oynadıq. Düşünürəm ki, bir xal qazanmağa yaxın idik. Birinci hissədə də, ikinci hissənin əvvəlində də yaxşı çıxış etdik. Qol epizodlarımız oldu. Təəssüf ki, onlardan yararlana bilmədik. Sona yaxın yorğunçuluq oldu, bir az müdafiəyə çəkildik. Yekunda da lazımsız qol buraxdıq. Düşünürəm ki, sona yaxın qapımızda qol görməyimiz daha üzücü idi. Lakin ümumi götürsək, əvvəlki oyunlara baxanda yaxşı çıxış etdik. Yəni səfərdə bir xal itirdik.
- Qapınızda erkən qol görsəniz də, çox keçmədən hesabı bərabərləşdirdiniz. Bəs ikinci qolu vurmaq üçün nə çatışmadı?
- Bəli, hesabı tez bərabərləşdirdik. Hətta önə də keçə bilərdik. Bir qədər çatışmazlıqlarımız var. İkinci hissədə real qol epizodumuz oldu. Şanslardan yararlanmalısan. İstifadə edə bilməsən, uduzacaqsan. Belə qol buraxdığımız üçün məyusam. Üzücü məğlubiyyət oldu. Azarkeşlərə də təşəkkür edirəm. Bizi səfərdə sona kimi dəstəklədilər. İnanıram ki, zamanla daha yaxşı olacağıq.
- “Qəbələ”nin oyununda irəliləyiş hiss olunur. Demək olar ki, bu gün nəticə qazanmaq üçün komandanın zamana ehtiyacı var?
- “Sumqayıt”, “Sabah”la oyunlarla müqayisədə inkişaf göz önündədir. İndi həqiqətən də futbol oynayırıq. Qol epizodları yaradırıq. Amma yararlana bilmirik. Məşqçinin sistemini aşılaması üçün bir qədər də zamana ehtiyac var.
- Görünən odur ki, bu gün “Qəbələ”nin əsas məqsədi liqada qalmaqdır...
- Görsənən odur. Hazırda daha çox aşağı pillələrdən uzaqlaşmağa çalışırıq. Səmimi desək, bəli, məqsədimiz liqada qalmaqdır. Qışa qədər çox xal toplaya bilsək, mövsümün ikinci hissəsində əvvəlki “Qəbələ”yə bənzər “Qəbələ” görəcəyimizə inanıram. Hər şey var. Oyun göstəririk, mübarizə aparırıq. Qol vura bilməmək və müdafiədəki boşluqlar bir qədər nəticə qazanmağımıza mane olur.
- Bilirik ki, oynamadığınız üçün “Neftçi”dən ayrıldınız. Hazırda sabiq komandanız çempionatın lideridir. Turnir cədvəlinə baxanda “Neftçi”dən ayrılmağınıza təəssüflənmirsiniz? Yaxud “ağ-qaralar” mövsümün sonunda çempion olsa, hansı hisslər keçirəcəksiniz?
- “Neftçi” tarixi klubumuzudur. Mən də çox istərdim komandada qalım, bəlkə də mövsümün sonunda çempion olum. Rəhbərlik də söhbətimiz zamanı eyni şeyi dedi. Sadəcə qıraqda qalmaq pis təsir edir. Karyerama baxanda da görünür ki, hər zaman oynamadığım klubdan ayrılmışam. Bir var ehtiyatda qalsan da, sonrada meydana çıxıb komandana faydalı olursan. Bir də var təmiz qıraqda qalırsan. Halbuki mən stabil oynamaq, milliyə dəvət almaq istəyirəm. “Qəbələ”də də məqsədim əsas heyətin daimi üzvünə çevrilmək və milliyə çağırılmaqdır.
- Belə başa düşdüm ki, millidən hələ əlinizi üzməmisiniz...
- Yox, üzməmişəm. Hesab edirəm ki, stabil oynayandan sonra dəvət alacam. Hazırda elə oyunçular var ki, neçə vaxtdır milliyə çağırılmırdılar, lakin 1-2 oyunda meydana çıxdıqdan sonra dəvət alırlar. Millidə oynamaq hamımız üçün qürurdur. Canımda o enerjini hiss edirəm. Bunun üçün sona kimi əlimdən gələni edəcəyəm.
- Emin Mahmudovun millidəki karyerasını başa vurmasına münasibətiniz necədir? Bu qərar sizin üçün gözlənilməz olmadı?
- Emin qardaşımızdır. Azərbaycan futbolu üçün böyük işlər görüb. İstər milli komanda, istər “Neftçi” üçün. Bunu hər zaman demişəm. Özünə də yazdım. Bildirdim ki, hər şey ürəyincə olsun. Məncə, hələ gücü var idi, milliyə fayda verə bilərdi. Amma istənilən halda qərarına hörmətlə yanaşmalıyıq. Ona uğurlar arzulayıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
13.11.2026
12.11.2026
11.11.2026























